Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Petlim” konteyner limanının ikinci mərhələsi istifadəyə ver

SOCAR-ın sərmayə qoyduğu “Petlim Limancılık Ticaret A.Ş.” şirkətinin 1,5 milyon TEU konteyner saxlama gücünə malik konteyner limanının ikinci mərhələsi istifadəyə verilib. Bununla da İzmirin Əliağa rayonundakı limanın tutumu iki dəfə artıb. Liman iki mərhələdə istifadəyə verilməklə ümumilikdə 450 milyon dollara başa gəlib. Liman gəmilərin yan alması üçün 700 metr uzunluğunda bərədən, 42 hektarlıq konteyner saxlama sahəsindən, eləcə də 150 metrlik karqo və yük bərəsindən ibarətdir. “Petlim”in inşası üçün ümumilikdə 8,5 milyon nəfər/saat iş görülüb. 16 metrlik dərinliyi olan bərə 16 min TEU tutuma malik gəmilərə xidmət göstərə biləcək. Limanda ümumilikdə 600 nəfərin işləməsi nəzərdə tutulur. Hazırda “Petlim” Egey dənizi hövzəsində ən iritutumlu, Türkiyənin isə üçüncü böyük limanıdır. Qeyd edək ki, SOCAR-ın Türkiyədəki ən böyük aktivi və səhmlərinin təxminən 53 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ) məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Hazırda limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir. “Petlim”i ilk 28 il müddətində Hollandiyanın “APM Terminals” şirkəti idarə edəcək.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır