Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

rbaycan və İran Xəzərdə birgə enerji layihələrinə hazırlaşı

Azərbaycan və İran Xəzərdə neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi üzrə danışıqlar aparıblar. İranın Milli Neft Şirkətinin (NIOC) məlumatına görə, idarəedici direktor Möhsün Delavirin başçılığı ilə KEPCO (Khazar Exploration and Production Company) şirkətinin nümayəndə heyəti Rövnəq Abdullayevin dəvəti ilə Bakıya gələrək SOCAR rəhbərliyi ilə danışıqlar aparıb. SOCAR prezidenti R.Abdullayev bildirib ki, İran və Azərbaycan arasında energetika sektorunda əməkdaşlıq üçün böyük baza var: “Hər iki ölkə Xəzərdə karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənməsi üçün mümkün olan hər şeyi etməlidir”. SOCAR və NIOC arasında 2015-ci ildə imzalanmış sazişə toxunan KEPCO rəhbəri qeyd edib ki, energetika sektorunda ikitərəfli əməkdaşlıq üçün bir çox imkanlar mövcuddur. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır