a bir neft quyusu fəaliyyətsiz fonddan istismara qaytarı
Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarında hidrotexniki qurğuların tikintisi və təmiri, estakada, meydança və özüllərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Bu barədə SOCAR-ın açıqlamasında bildirilir. Məlumatda deyilir ki, Nəriman Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı qəzalı vəziyyətdə olan 618 saylı estakadayanı meydançada aparılmış təmir-bərpa işləri nəticəsində buradakı 717 nömrəli quyu fəaliyyətsiz fonddan istismara qaytarılıb. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 4686-4669 metr intervaldan gündəlik 15 ton neft və 1800 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.