Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Azneft”: Bu ilin səkkiz ayında 4 mln. ton neft hasil ed

Bu ilin yanvar-avqust aylarında  SOCAR-ın “Azneft” İstehsalat Birliyi üzrə 4 mln. 113,9 min ton neft, 3,43 mlrd. kubmetr qaz hasil olunub. “Azneft”dən verilən məlumata görə, yeni quyuların qazılması işi sözügedən dövrdə də uğurla davam etdirilib. Çoxsaylı qazma işləri həyata keçirilib, yeni neft və qaz quyuları istismara verilib. Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində səkkiz ayda “Azneft”in sifarişi əsasında 49 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 71 min ton neft hasil edilib. Ötən səkkiz ayda fəaliyyətsiz quyu fondundan 49 quyu nəzərdə tutulduğu halda 69 quyu istismara qaytarılıb. Bu quyulardan 33,4 min ton neft alınıb. İlin əvvəlindən 422 geoloji tədbir keçirilib, nəticədə 175,5 min ton neft hasil edilib ki, bu da plana qarşı 40 tədbir çox və 64,4 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 29,1 min ton plana qarşı 36 min ton neft hasil edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır