Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

AR-ın “Abşeronneft” neft və qazçıxarma idarəsinə məxsus yeni yığım nəqli sahəsi istismara ver

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsinə (NQÇİ) məxsus yeni yığım nəqli sahəsi istismara verilib. Şirkətin mətbuat xidmətindən bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin nümayəndələri Pirallahı qəsəbəsində “Abşeronneft” neft və qazçıxarma idarəsinə məxsus yeni yığım nəqli sahəsinin istismara verilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər. SOCAR-ın prezidenti yeni yığım sahəsinin istismara verilməsi münasibətilə NQÇİ-nin kollektivini təbrik edib, inzibati binaya baxış keçirib, sonra isə binanın qarşısında ağac əkib.  Bildirilib ki, SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən 2013-cü ildən  tikintisinə başlanan yığım nəqli sahəsinin ərazisi 6,4 hektardır. Yeni çənlər parkında 2 mərtəbəli inzibati bina, 24 ədəd müxtəlif tutumlu çən, keçid məntəqəsi, operator və alətlər otağı, yanğın əleyhinə nasosxana binası, neft və lay suları üçün nasosxanalar, yeraltı drenaj bloku, 4 ədəd qaz-su-qum separatoru, hava hazırlayıcı blok, 2 ədəd soba, 6/0,4 kilovoltluq elektrik yarımstansiyası fəaliyyətə başlayıb. Qeyd olunub ki, çənlərdən 3 ədədi 3000, 6 ədədi 2000, 4 ədədi 1000, 5 ədədi 700, 4 ədədi 400, 2 ədədi isə 100 kubmetr maye tutumuna malikdir. Neft üçün nasosxanada 6 ədəd, lay suları üçün nasosxanada isə 4 ədəd nasos quraşdırılıb. Məlumat verilib ki, yeni parkda əl əməyinin yüngülləşdirilməsi məqsədilə iş prosesi demək olar ki, tam avtomatlaşdırılıb. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları yüksək tələblər səviyyəsinə çatdırılıb, əməkçilərin sosial məişətinin yaxşılaşdırılması məqsədilə optimal iş şəraiti yaradılıb.  Görülmüş işlərdən razılığını bildirən R.Abdullayev yeni yığım nəqli sahəsinin istismara buraxılmasının neft hasilatının artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib, qarşıda duran vəzifələrdən danışıb, konkret tapşırıqlar verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır