Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Neft Daşları”nda yeni quyu istismara ver

“Neft Daşları” yatağında yeni quyu istismara verilib. SOCAR-ın mətbuat xidmətindən  bildirilib ki, “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədilə quyu fondunun genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu günlərdə “Neft Daşları” yatağındakı 620A saylı özüldən 2624 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Qirməki üstü qumlu lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1840-1836 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İB-nin “Neft Daşları” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır