Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

ilin ilk 9 ayında “Azneft” 4,6 mln. ton neft hasil

 Bu ilin yanvar-sentyabr ayları ərzində “Azneft” İstehsalat Birliyi üzrə 4 624,8 min ton neft, 3,87 mlrd. kubmetr qaz hasil edilib. Bu barədə “Azneft”dən bildirilib. Ötən doqquz ayda “Azneft” İB-nin bütün idarə və struktur birləşmələrində yeni obyektlərin və qurğuların tikintisi, onların istismara verilməsi, hasilatın artırılması, xidməti sahələrin, tikililərin və binaların əsaslı təmiri üzrə kompleks tədbirlər görülüb.Yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Çoxsaylı qazma işləri həyata keçirilib, yeni-yeni neft və qaz quyuları istismara verilib. Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində, ilin ilk doqquz ayı ərzində “Azneft”in sifarişi əsasında 55 quyu qazılaraq istismara verilib”,-məlumatda qeyd olunub. Bildirilib ki, yeni quyuların qazılması nəticəsində 91 min ton neft hasil edillib. Hesabat dövründə fəaliyyətsiz quyu fondundan 55 quyu nəzərdə tutulduğu halda 81 quyu istismara qaytarılıb. Bu quyulardan 42,6 min ton neft alınıb. İlin əvvəlindən 485 geoloji tədbir keçirilib, nəticədə 211,7 min ton neft hasil edilib ki, bu da plana qarşı 56 tədbir çox və 71,6 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 33,3 min ton plana qarşı 40,7 min ton neft hasil edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır