tyabrda BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql ed
Bu ilin sentyabr ayı ərzində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 264 min 511 ton Azərbaycan nefti nəql olunub. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında isə bu kəmərlə 20 milyon 326 min 791 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il oktyabr ayının 1-dək BTC-yə 341 milyon 864 min 853 ton neft vurulub. Bundan başqa, sentyabr ayında BTC kəməri ilə 491 min 931 ton Türkmənistan nefti nəql olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır