Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“Sətti” özüqalxan qazma qurğusu dənizə yola salınıb

Avqustun 9-da “Kaspian Drilinq Kompani Limited” şirkətinin (CDC) müasir dəniz və logistika bazasında Qazaxıstanın “Sətti” özüqalxan qazma qurğusunun Xəzər dənizinin Azərbaycan sektorunda qazma işlərini həyata keçirmək üçün dənizə yola salınması ilə əlaqədar təntənəli mərasim keçirilib.

Cari ilin iyun ayında “CDC” şirkətinin idarəetməsi altında “Sətti” qurğusunun modifikasiyası başa çatıb. Sözügedən modifikasiya nəticəsində qurğunun texniki göstəricilərinin daha da yaxşılaşdırılması onun rəqabətlilik səviyyəsini artırıb. Modifikasiya işlərinin yekunlaşdırılması ilə əlaqədar tədbir Qazaxıstan tərəfdən “Samruk-Kazyna” SC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev, “KazMunayQaz” SC-nin İdarə Heyətinin sədri Alik Aidarbayev və Azərbaycan tərəfdən SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counzun iştirakı ilə iyun ayında baş tutub. Bu yaxınlarda “CDC” şirkəti ilə “KMG Drilling & Services” şirkəti arasında birgə fəaliyyət haqqında müqavilə imzalanıb ki, həmin müqavilə çərçivəsində qurğu vasitəsilə BP şirkətinin operatoru olduğu “Abşeron Dayazsulu” yatağında iki kəşfiyyat və bir əlavə quyunun qazılması üçün birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, müqaviləyə əsasən bu il 25 illiyini qeyd edən və dünyanın aparıcı qazma şirkətlərindən biri olan “CDC” “Sətti” özüqalxan qazma qurğusunun operatorudur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır