Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Misir Süveyş körfəzində yeni neft-qaz yataqları kəşf edir

Misirin Dövlət Neft Şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin “Dragon Oil” konsorsiumu Sinay yarımadasının qərbində yerləşən Süveyş körfəzində yeni neft-qaz yataqları kəşf edir. Bu barədə Misirin neft və mineral ehtiyatlar naziri Tarik Əl-Molla məlumat verib.

AZƏRTAC xəbər verir ki, neft-qaz şirkətləri ilə videokonfrans formatında keçirilən müşavirədə çıxış edən misirli nazir xam neftin qiymətinin artmasının yeni yataqların kəşfinə daha çox sərmayə qoyulmasına səbəb olduğunu bildirib. O əlavə edib ki, Süveyş körfəzi karbohidrogen ehtiyatları ilə zəngindir və yaxın aylarda daha çox yatağın kəşf olunması gözlənilir. Əl-Molla vurğulayıb ki, şirkətlər dərin sularda seysmoloji tədqiqatlar aparır və körfəzin ekoloji monitorinqinə xüsusi diqqət ayırır.

Misirli nazir qeyd edib ki, əsas vəzifə Süveyş körfəzində gündəlik neft hasilatını 61 min barrelə çatdırmaqdır. Süveyş Körfəzində neft-qaz yataqlarına qoyulan sərmayənin həcmi isə 400 milyon dollardır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır