Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Türkiyənin Qara dənizdə qaz kəməri inşasına nə zaman başlayacağı məlum olub

Qara dənizin Türkiyə sektorundakı Sakarya qaz yatağına boru kəmərinin inşasına gələn ilin yazında başlanılacaq.

“Report” "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bunu qonşu ölkənin enerji və təbii ehtiyatlar naziri Fateh Dönməz bildirib.

11-ci Türkiyə Enerji Zirvəsində çıxış edən nazir iyulda “Türkəli-2” quyusunda sınaqlar apardıqlarını, bu həftə isə gündəlik 650 min kubmetrlik debit olduğunu aşkarladıqlarını diqqətə çatdırıb: “Sakarya qaz sahəsində bütün mühəndislik çalışmalarını tamamlamışıq. Yüksək keyfiyyətli borular sifariş etdik”.

Xatırladaq ki, ötən il avqustun 21-də Prezident Rəcəb Tayib Ərdoğan Qara dənizdə böyük qaz yatağı kəşf etdiklərini, 2023-cü ilin əvvəlinədək yataqdan qaz hasilatına başlamaq niyyətində olduqlarını açıqlayıb. O, yataqdakı “Tuna-1" bölgəsində 405 milyard kubmetr təsdiqlənmiş ehtiyatın olduğunu da qeyd edib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır