Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb

Azərbaycan Dövlət neft Şirkəti (SOCAR) və “Abşeron Qazma Şirkəti” tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilmiş “SOCAR AQŞ” 7 saylı dəniz stasionar özülündən 356 nömrəli quyunun qazma işlərini keyfiyyətlə, ətraf mühitə zərər vurmadan və təhlükəsiz şəkildə yekunlaşdırıb.

Bu barədə “SOCAR AQŞ” şirkətindən məlumat verilib.

Bildirilib ki, quyu yekun təsdiqlənmiş profilə uyğun olaraq qazılıb və sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyinə təhvil verilib.

Quyunun qazılması zamanı Sağlamlıq Texniki Təhlükəsizlik Ətraf Mühitin Mühafizəsi tələblərinə uyğun işlər aparılıb, heç bir bədbəxt hadisə, zədələnmə və quyuda udulma ya təzahür baş verməyib.

356 saylı quyunun 8 ½” seksiyasının (ikinci lülə) qazılması zamanı qazma alətinin aşağı hissəsində təkmilləşdirmə aparılmış və seksiya tam profilə uyğun olaraq qazılıb.

Nəticədə 7” istismar kəməri uğurla endirilib sementlənmiş və sifarişçiyə yüksək hasilatla təhvil verilib.

SOCAR AQŞ-nin Baş Direktoru Samir Mollayev bildirib: “Quyunun qazılmasında iştirak edən, yaranan çətinliklərin həllində öz töhvəsini verən, qərarların icrasına məsuliyyətlə yanaşan və əməliyyatların düzgün qaydada yerinə yetirilməsində rolu olan SOCAR-ın “Azneft” İstehsalat Birliyinə və “SOCAR AQŞ”-nin hər bir əməkdaşına təşəkkür edirik. Biz inanırıq ki, gələcəkdə də quyular planlaşdırılmış qaydada heç bir problem olmadan qazılacaq və əməliyyatlar uğurla icra ediləcək”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır