Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

SOCAR və “Equinor” “Qarabağ” layihəsi üzrə işlərin gedişatını müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin yataqların işlənməsi və beynəlxalq hasilat üzrə vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

SOCAR-dan verilən məlumata görə, görüşdə şirkətlərin bərabər pay bölgüsü əsasında həyata keçirdiyi “Qarabağ” layihəsinin gedişi, eləcə də “Dan Ulduzu-Əşrəfi-Aypara” perspektivli strukturlarında kəşfiyyat qazması işlərinin planlaşdırılması məsələləri müzakirə olunub.

Bildirilib ki, “Aypara” strukturunda aparılmış seysmik kəşfiyyat işləri burada sənaye əhəmiyyətli neft-qaz ehtiyatlarının olmasına yüksək ehtimal verməyə əsas verir. Görüşdə həmçinin şirkətlərin əməkdaşlıq etdiyi digər sahələr, o cümlədən, “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar bloku ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivlərindən danışılıb.

Xatırladaq ki, Norveçin “Equinor” şirkəti (keçmiş “Statoil”) və SOCAR Azərbaycanda “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun, “Qarabağ” yatağının işlənilməsi və “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili layihələri üzrə əməkdaşlıq edirlər. 2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənilməsinə dair Risk Xidməti Sazişi imzalayəblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır