Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Əbu-Dabi sahillərində yeni qaz yataqları aşkarlanıb

Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtının sahillərindəki 2-ci blokda 60 milyard kubmetr həcmində qaz ehtiyatı aşkar edildiyini açıqlayıb.

"Seanews.az" xəbər verir ki, İtaliyanın “Eni” şirkətinin operatoru olduğu bu blokda kəşfiyyat işləri davam etdirilir. ADNOC-un rəhbəri Sultan bin Əhməd Əl Cabirin sözlərinə görə, Əbu-Dabidən şimal-qərbdə yerləşən 4 min kvadratkilometrlik dəniz sahəsində daha zəngin təbii qaz yataqlarının olduğu ehtimal edilir. O əlavə edib ki, hazırda mütəxəssislər tərəfindən 3D meqa seysmik qiymətləndirmə işləri aparılır. Bundan başqa, Əbu-Dabidəki quruda yerləşən 4-cü blokda da yeni qaz yataqları aşkarlanıb və ”Eni” şirkəti ilə birlikdə kəşfiyyat işləri davam etdirilir.

Ötən ilin dekabrında ADNOC Əbu-Dabi sahillərində 1 milyard barel neft ehtiyatları aşkarladığını bəyan etmişdi. Şirkətin rəhbərliyi bildirib ki, bu yataqlarda hasilatla yanaşı, BƏƏ hökuməti sıfır karbon emissiyası və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi strategiyasını həyata keçirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır