Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Türkiyə Qara dənizdə növbəti kəşfiyyat quyusunun qazıntısına başlayıb

"Fatih" qazma gəmisi Qara dənizdə yerləşən Türkiyənin "Sakarya" qaz sahəsində üçüncü kəşfiyyat quyusunun ("Karasu-1") qazıntısına başlayıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, hazırda suyun 5 min metr dərinliyində işlərə başlanılıb, işlər 2,5 ay ərzində davam edəcək. 

Ötən il F. Dönmez bildirmişdir ki, Qara dənizdə kəşf edilmiş yataqdan 2027-ci ilədək maksimum təbii qaz hasilatına nail olmaq Türkiyənin enerji ehtiyacının üçdə bir hissəsini ödəməsinə imkan verəcək. 2023-cü ildə 3,5 mlrd. kubmetr qaz hasilatı ilə bu yatağın işlənməsinə başlanılacaq. Daha sonra, növbəti 4 ildə illik hasilatın 15 mlrd. kubmetrə qədər artırılması nəzərdə tutulub.

Xatırladaq ki, "Türkiye Petrolleri" şirkəti araşdırılan ehtiyatlarının (yatağın) 540 mlrd. kubmetr olduğu təxmin edilən "Sakarya" sahəsində 40 quyu qazmağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır