Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

OPEC Azərbaycanda maye karbohidrogenlər hasilatı üzrə proqnozunu dəyişməyib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 820 min barel səviyyəsində olacaq (bu, fevral ayında verilən proqnoz göstəricisinə bərabərdir).

Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 740 min barel səviyyəsində olub, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 10 min barel çoxdur.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır