Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Estoniya Paldiski limanında müvəqqəti LNG terminalı açmaq istəyir

Estoniyanın iqtisadiyyat və rabitə naziri Taavi Aas bildirib ki, payıza kimi Paldiski limanında müvəqqəti mayeləşdirilmiş təbii qaz (LNG) terminalı açılacaq.

“Seanews.az” xəbər verir ki, bu, ölkənin enerji təhlükəsizliyini təmin etməyə kömək edəcək.

“Bəli, Paldiskidə müvəqqəti də olsa, LNG ilə gəmiləri qəbul edə biləcək terminalın tezliklə yaradılmasının mümkünlüyünü öyrənmək üçün işlər aparılır. Müvəqqəti terminal kimi, quru terminalından fərqli olaraq limanlar arasında müstəqil hərəkət edə biləcək gəmidən istifadə etmək olar, - deyə iqtisadiyyat və rabitə naziri “ERR” dövlət yayım portalına bildirib. Nazirin sözlərinə görə, bu barədə mümkün olduğu qədər tez qərar qəbul edilməlidir.

“Əgər dövlət terminalın yaradılmasına dəstək verəcəksə, o zaman dərhal qərar qəbul edilməlidir. Təbii ki, bu, özəl sektorla əməkdaşlıqda yaranacaq, sual ondan ibarətdir ki, dövlət maliyyələşmənin təminatçısı kimi çıxış edəcək, yoxsa birbaşa vəsait ayıracaq. Amma indiki vəziyyətdə Estoniyanın öz terminalı olmalıdır”, - deyə Aas vurğulayıb.

O, həmçinin qeyd edib ki, Estoniyanın enerji ekvivalenti baxımından təbii qaza ehtiyacı ildə təxminən beş milyon teravatt və ya beş tankerin qəbul etdiyi mayeləşdirilmiş qazın ümumi həcmi qədərdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır