Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“NYK” gəmiçilik şirkəti LNG ilə işləyən ikinci avtomobil daşıyan gəmini alıb

Yaponiyanın “NYK” xətti gəmiçilik şirkəti mayeləşdirilmiş təbii qazla işləyəcək “Plumeria Leader” avtomobil və yük gəmisini istismara qəbul edib.

“Seanews.az” xəbər verir ki,  gəmi “Shin Kurushima Toyohashi Shipbuilding Co. Ltd” şirkətinin “Shin Kurushima” Gəmiqayırma Zavodunda inşa edilib.

Bu, “NYK”-nın  donanmasında “Sakura Leader”-dən sonra LNG-dən əsas dəniz yanacağı kimi istifadə edən ikinci gəmi olacaq. Bundan əvvəl xətti gəmiçilik şirkəti  “Leader” seriyasından LNG ilə işləyən ilk gəmisini istismara qəbul etmişdi.

“Plumeria Leader” hər səfərdə təxminən 7000 nəqliyyat vasitəsini daşıya biləcək.

Qeyd edək ki, “NYK” gəmilərində 2050-ci ilə qədər sıfır istixana qazı emissiyasına nail olmağı hədəfləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır