Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Abşeron yarımadasının dayazsulu hissəsi layihəsi üzrə üçüncü kəşfiyyat quyusunun qazılmasına başlanılıb

Abşeron yarımadasının dayazsulu hissəsi layihəsi üzrə üçüncü kəşfiyyat quyusunun qazılmasına başlanılıb.

Bu barədə BP-dən məlumat verilib.

Bildirilib ki, “Satti” özüqalxan qazma qurğusu Saziş sahəsinin Cənub Şərq perspektiv hissəsində yerləşən Qarabatdağ geoloji-kəşfiyyat quyusu sahəsinə keçirilib.

Bundan əvvəl Abşeron yarımadasının dayazsulu hissəsi (AYDH) layihəsi üzrə qazılan ikinci kəşfiyyat quyusu (BHEX01) bağlanıb. Bu quyu AYDH üzrə müqavilə sahəsinin Qərb perspektiv hissəsində 4230 metr ümumi dərinliyinədək qazılıb və mart ayının ortalarında təhlükəsiz şəkildə bağlanaraq tərk edilib. Quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmayıb.

Qarabatdağ geoloji-kəşfiyyat quyusu (QBDX01) AYDH sahəsində qazılacaq üçüncü kəşfiyyat quyusudur və AYDH üzrə əsas kəşfiyyat dövrü ərzində planlaşdırılmış fəaliyyətlərin sonuncu mərhələsidir. Bu quyunun qazma əməliyyatları 2022-ci il aprelin 3-də başlanıb və təxminən üç aya quyunun ümumi dərinliyə çatacağı gözlənilir. Bundan sonra isə əgər kollektor haqqında əlavə məlumat toplamaq üçün qiymətləndirmə yan lüləsi qazmaq lazım gələrsə, qazma işləri əlavə bir ay da davam edə bilər.

QBDX01 kəşfiyyat quyusu sahildən təqribən 7 kilometr aralıda suyun dərinliyi təqribən 6 metrə çatan ərazidə qazılır. Əsas quyunun ümumi dərinliyinin 2155 metrə çatacağı planlaşdırılır.

BP AYDH layihəsinin operatorudur və kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında Sazişdə 25 faiz iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR-ın Ortaq Neft Şirkəti – 50 faiz və LUKOİL – 25 faiz.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır