Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Keçən ilin noyabrında saya oturan “Rise Shine” gəmisinin boşaldılmasına başlanılıb

Primoryedə ötən ilin noyabrında fırtına zamanı saya oturan "Rise Shine" gəmisindən Rusiya gömrükçülərinin nəzarəti altında konteynerlərin boşaldılmasına başlanılıb.

“Seanews.az” ”korabel.ru”-ya istinadən xəbər verir ki, gəmidən çəkisi 1,6 min tondan çox olan 199 konteyner boşaldılacaq.

Gəmi 2021-ci il noyabrın 5-də Çindən Naxodkaya gəlib. Konteynerlərdə  Belarus və Rusiya alıcıları üçün əsasən avtomobil hissələri, eləcə də istehlak malları - tozsoranlar, fitinqlər, printerlər, uşaq bezləri, uşaq arabaları və s. var. Konteynerlər Astafyev terminalının müvəqqəti saxlama anbarına yerləşdiriləcək. Mallar bəyan edildikdən sonra alıcılarının ünvanına göndəriləcək.

Panama bayrağı altında üzən konteyner gəmisi noyabrın 9-da Naxodka sahillərində saya oturub. Gəminin heyəti - 14 Çin vətəndaşı təxliyə edilib, keçən il dekabrın ortalarında isə bütün dənizçilər vətənlərinə uçublar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır