Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Almaniya LNG qəbul etmək üçün üzən terminaldan istifadə edəcək

Almaniya gələn ilin əvvəlindən maye qazın qəbulu üçün üzən terminallardan istifadə etməyi planlaşdırır. Bu, stasionar terminallar tikilənə qədər yaxın illər üçün müvəqqəti həll yolu olmalıdır.

“Seanews.az” xəbər verir ki, mobil terminallar Şimal və Baltik dənizlərində - Brunsbuttel, Vilhelmshaven və Rostok şəhərləri yaxınlığında yerləşəcək.

Problem ondadır ki, dünyada cəmi 48 belə gəmi var və onların əksəriyyəti uzunmüddətli müqavilələr əsasında icarəyə götürülüb. Bu, pulsuz terminalların icarəsini həddindən artıq - gündə 200 min avroya qədər yüksəldib.

Bir üzən platforma ildə 5 milyard kubmetrə qədər qaz qəbul edə bilir, ümumilikdə dörd platformadan istifadə edilməsi planlaşdırılır. Müqayisə üçün: “Şimal axını 1” Almaniyaya 60 milyard kubmetr qaz verir, ölkə isə ildə 90 milyard kubmetr qaz istehlak edir. Bu o deməkdir ki, mobil LNG terminalları təchizatın yalnız kiçik bir hissəsini əvəz edə bilər.

İlk stasionar LNG terminalının 2026-cı ilə qədər tamamlanması planlaşdırılır. Almaniya hökuməti Rusiyadan enerji nəqlini mümkün qədər tez dayandırmağa çalışır, lakin hazırda bunu edə bilmir. Əks halda iqtisadiyyat və sənaye böhranla üzləşəcək. Almaniya Nazirlər Kabinetinin planlarına görə, ölkə ilin sonuna kimi kömür və nefti, qazı isə yalnız 2024-cü ilə qədər tamamilə əvəz edə biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır