Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Polşa 2025-ci ilə qədər üzən LNG terminalı qurmağı planlaşdırır

Polşa hakimiyyəti 2025-ci ilə qədər Qdanskda mayeləşdirilmiş təbii qazın qəbulu üçün üzən terminal inşa etməyi planlaşdırır.

“Seanews.az”  xəbər verir ki,  bu barədə çərşənbə günü Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Pyotr Naimski “Er-em-ef” (“RMF”) radiostansiyasının efirində danışıb:“Biz Qdanskda üzən qaz terminalı tikəcəyik. Bu infrastruktur Polşanı əlavə 6 milyard kubmetr qazla təmin edəcək. Biz artıq buna hazırlaşırıq. Söhbət Qdanskda müəyyən infrastrukturun yaradılmasından gedir.”

Onun sözlərinə görə, layihənin icrası təxminən dörd il davam edəcək. 2027-ci ilə planlaşdırılsa da, 2025-ci ildə təhvil verməyə çalışacaqlar.

"Biz 2030-cu ildə Polşaya lazım olan qədər qaz çatdıra biləcəyik" deyən Naimski əlavə edib ki, artıq qalan qazı ölkənin qonşularına təklif edə biləcəyik.

Proqnozlara görə, 2030-cu ilə qədər Polşada qaza tələbat hazırkı 20 milyard kubmetrdən 30-32 milyard kubmetrə qədər artacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır