Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Türkiyə Qara dənizdəki nəhəng qaz layihəsini 2023-cü ildə bitirəcək

Türkiyə Qara dənizdə 2200 metr dərinlikdən qaz hasili üçün enerji bazasının tikintisini davam etdirir.

AZƏRTAC “Milliyet” qəzetinə istinadən bildirir ki, 10 quyudan hasil olunacaq təbii qazın sahilə nəqli üçün boruların çəkilməsinə eyni vaxtda 30 gəmi cəlb ediləcək.

“Sabah” nəşri isə Qara dənizdə 540 milyard kubmetr qaz hasilatına və onun nəqli layihəsinə təxminən 10 milyard dollar sərmayə qoyulduğunu qeyd edib.Türkiyənin Qara dəniz şelfindəki Sakarya qaz yatağından Filyos limanına qədər qaz kəmərinin dəniz hissəsinin ümumi uzunluğu 155 kilometr olacaq. Plana görə, yataqdan Türkiyəyə ilk qaz nəqli 2023-cü ildə baş tutmalıdır.

“Milliyet” qəzeti layihənin həcmini belə təqdim edib: "4200 nəfərin gecə-gündüz işlədiyi nəhəng layihədə suyun altında 2200 metr dərinlikdə enerji bazası yaradılır. Dənizin dibində yerləşən bu enerji bazasında 10 quyuda quyubaşı armaturları yerləşdiriləcək. İstifadə olunan klapanlardan birinin çəkisi təxminən 65 tona yaxındır. Dənizin dibinə yerləşdiriləcək idarəetmə bloku isə 260 tondur”.

Eyni zamanda, boru kəməri üçün maneə yaradacaq dəniz qayalıqlarının doğranılacağı, boşluqların doldurulacağı bu prosesdə Türkiyənin bir sıra rekordlar qıracağı bildirilir.

Beləliklə, Türkiyədə 2023-cü ilin birinci rübündə gündəlik qaz hasilatının 10 milyon kubmetr olacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır