Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Finlandiya digər ölkələrdən qaz tədarükü üçün üzən LNG terminalından istifadə edəcək

Finlandiyanın dövlət enerji şirkəti Fortum və ölkənin qaz ötürücü sistem operatoru Gasgrid ilk üzən mayələşdirilmiş qaz “LNG” terminalına istifadəsinin başlanılması üçün müqavilə imzalayıblar.

AZƏRTAC Finlandiya mətbuatına istinadən xəbər verir ki, terminal gələn il açılmalı olan İnkoo limanında yerləşməlidir.

Rusiyanın keçən ay bu ölkəyə qaz ixracını tamamilə dayandırmasından sonra, yeni terminal Finlandiyanın enerji təchizatı üçün böyük əhəmiyyət kəsb edəcək.

Qeyd edək ki, üzən LNG terminalından istifadə zərurəti ideyası ilk dəfə bu il qeyd olunub. Məhz bu texnoloji həllərin köməyi ilə Finlandiya, gələcəkdə digər ölkələrdən qaz alaraq idxal etmək niyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır