Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Türkiyə Qara dənizdə təbii qaz ixracatı üçün boru kəmərlərinin çəkilişinə başlayıb

Türkiyənin Qara dəniz bölgəsində tapılan 540 milyard kubmetrlik təbii qazın ixracatı üçün 170 kilometrlik boru kəmərlərinin çəkilişinə bu gündən etibarən başlanılıb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, çıxarılacaq qazın quruda emal edilməsi üçün nəzərdə tutulan “Filyos Təbii Qaz Emalı Qurumu”-nun da tikinti işləri davam edir.

Qeyd edək ki, ilk olaraq Sakarya Qaz Sahəsində dənizin altında qurulacaq hasilat sisteminə 6-10 quyu birləşdiriləcək və bu quyulardan gündəlik 10 milyon kubmetr qaz hasil edilərək 2023-cü ildə Türkiyənin təbii qaz şəbəkəsinə veriləcək. Qara dənizdə ən yüksək hasilat səviyyəsinə 2027-2028-ci illərdə çatacağı gözlənilir. Bu dövrdə gündəlik 40 milyon və illik isə təxminən 15 milyard kubmetr təbii qazın hasil edilməsi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır