Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“EPS” gəmiçilik şirkəti ammonyak qazı daşıyıcısı tikəcək

“Şərqi Sakit Okean Gəmiçiliyi” (“EPS”), Sinqapur Dəniz və Liman İdarəsi, “Hyundai Heavy Industries” (“HHI”) və ABS Təsnifat Cəmiyyəti iki yanacaqlı və ammonyakdan istifadə edəcək mühərrikə malik qaz tankerinin tikintisi üçün anlaşma memorandumu imzalayıblar.

“Seanews.az” xəbər verir ki,  imzalanma mərasimi Afinada keçirilən “Posidonia” sərgisi çərçivəsində baş tutub.

Tanker donanmasının operatoru “HHI” gəmiqayırma zavodunda ammonyakdan istifadə edərək iki yanacaqlı hərəkət sisteminə malik qaz tankerinin tikintisini sifariş verməyi planlaşdırdığını açıqlayıb.

Gəmi Sinqapur bayrağı altında qeydiyyatdan keçəcək və “ABS” sinfinə uyğun tikiləcək.

Memorandumda deyilir ki, ammonyakla işləyəcək tanker kiçik, orta və ya böyük tonajlı ola bilər.

Layihə iştirakçıları gəmini 2025-ci ildə istismara verməyi planlaşdırırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır