Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Yanvar-may aylarında Türkiyə limanları 30 milyondan çox neft məhsulu qəbul edib

2022-ci ilin yanvar-may aylarında Türkiyə limanları 31 milyon 171 min 903 ton neft məhsulları qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövrdə Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara 1 milyon 250 min 797 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 30 milyon 921 min 106 min ton neft məhsulları gətirilib.

Bununla yanaşı, may ayında Türkiyə limanlarından tranzitlə 20 milyon 596 min 767 ton neft məhsulları daşınıb.

 

2022-ci ilin may ayında Türkiyənin limanları 33 milyon 431 min 149 ton yük daşıyıb.

Göstərilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə daxili limanlar vasitəsilə yük daşınması 2 milyon 355 min 407 min ton təşkil edib.

Türkiyə limanları vasitəsilə digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 75 min 742 ton təşkil edib.

Bundan əlavə, 2022-ci ilin may ayında Türkiyə limanları 7 milyon 509 min 987 ton tranzit yük daşıyıb.

 

 

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-may aylarında Türkiyə limanları 164 milyon 292 min 61 ton yük qəbul edib.

“2022-ci ilin yanvar-may aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 11 milyon 414 min 29 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 152 milyon 878 min 32 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyə limanlarından 35 milyon 282 min 27 ton transit yük daşınıb.

Qeyd edək ki, 2021-ci ildə Türkiyə limanları 386 milyon 396 min 718 min ton yük qəbul edib.

Göstərilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 999 min 196 min ton təşkil edib.

2021-ci ildə digər ölkələrin bayraqları altında üzən gəmilərlə Türkiyə limanlarına yük daşıma 356 milyon 397 min 522 min ton təşkil edib.

Bundan əlavə, ötən il Türkiyə limanları 78 milyon 8 min 944 ton tranzit yük daşıyıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır