Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Silahlılar Meksika körfəzində neft platformasına hücum ediblər

On nəfərdən ibarət silahlı qrup Meksikanın  Kampeçe körfəzində Pemex dövlət neft şirkətinə məxsusneft platformasından avadanlıq, alətlər, materiallar və digər əşyaları ələ keçirib.

“Seanews.az” xəbər verir ki, silahlı qrup üç qayıqla gəlib, girovları, o cümlədən Pemexin və onun podratçısı Evyanın işçilərini platformadan oğurladıqları müxtəlif malları yükləməyə məcbur edib.

Hərbi Dəniz Qüvvələrinin Dəniz Hərəkətinə Nəzarət Mərkəzinə cinayət barədə quldurluq hadisəsindən təxminən 20 dəqiqə sonra məlumat daxil olub. Ölən və yaralananlar barədə məlumat verilmir.

Son bir neçə ildə Meksika körfəzində piratçılıq və silahlı soyğunçuluq halları artıb. Silahlı cinayətkar qrupların Meksika körfəzinin cənubundakı Kampeçe körfəzində ticarət gəmilərinə, neft platformalarına və dəniz təchizat gəmilərinə hücum etməklə onları qarət etdikləri bildirilir.

Məsələn, elə bu yaxınlarda beş nəfərdən ibarət silahlı qrup Pemex şirkəti ilə işləyən “Crest Tarasco” dəniz dəstək gəmisinə qanunsuz qalxaraq təxminən 75.000 dollar dəyərində mal oğurlamışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır