Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Gəmi 12 min 200 metrə qədər dərinlikdə qazma qabiliyyətinə malikdir

“Qara dənizin 2200 metr altında enerji bazası yaradırıq. 2023-cü ilin martında Qara dəniz qazını quruda yandıracağıq.”

Türkiyənin enerji və təbii qaynaqlar naziri Fatih Dönmez belə deyib.

Türkiyənin yeni istismara verilən dördüncü qazma-kəşfiyyat gəmisi “Əbdülhəmid Han” haqqında danışarkən isə nazir bildirib ki, gəmi bölgədə 45-50 gün fəaliyyət göstərəcək.

Qeyd edilib ki, “Əbdülhəmid Han” ölkədə istifadə edilən bu tip ilk dəniz vasitəsidir. Dünyada bu gəmilərdən beş ədəd var və o, 12 min 200 metrə qədər qazma qabiliyyətinə malikdir.

Nazir, həmçinin deyib: “ Qara dənizin 2200 metr altında enerji bazası yaradırıq. Dərinlikdə boruların çəkilişi 120 kilometr hissədə başa çatdırılıb, 50 kilometrlik hissə qalıb. Ümid edirik ki, 2023-cü ilin birinci rübündə - mart ayında bu qazı quruda yandırmış olacağıq”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır