Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Neftin tankerlə daşınmasının dəyəri maksimum həddə çatıb

Dizeldən benzinə qədər hər şeyi daşıyan tankerlər, Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin başlamasından sonra yanacağa yüksək tələbata görə son 25 ildə yükdaşıma tariflərində görünməyən  artım dövrünü yaşayır.

Dünyanın ən böyük gəmi brokerinin bölməsi olan “Clarkson Research Services Ltd.”-nin məlumatlarına görə, neft məhsulları daşıyan tankerlər son 14 həftə ərzində gündə 40.000 dollardan çox qazanc əldə ediblər ki, bu da 1997-ci ilin əvvəlindən bəri müşahidə olunmayan göstəricidir.

Fevralın sonunda Ukraynada müharibəyə başlayan Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra ticarət yollarının pozulması bu il neftin qiymətinin kəskin artmasına səbəb olub. Artan tənəzzül qorxuları fonunda neft qiymətləri düşməyə başlasa da, tanker daşımaları bazarı indiyədək rekord neft məhsulları bazarlarından birindən faydalanıb. Təhlilçilər deyirlər ki, Rusiya axınının daha da transformasiyası bu ilin sonunda yükdaşımanı artıra bilər.

"Biz yükdaşıma tariflərinin daha yüksək olacağı yeni bir ərəfədəyik. Mən deyərdim ki, dərəcələr bir meddət yüksək olaraq qalacaq," - deyib “Jefferies” MMC-nin gəmiçilik üzrə aparıcı tədqiqatçısı Omar Nokta.

Nokta əlavə edib ki, Rusiya neft tədarüklərinə qarşı bu ilin sonunda qüvvəyə minəcək sanksiyalar, çox güman ki, neft məhsulları bazarını daha da sərtləşdirəcək və tanker tariflərini daha da dəstəkləyəcək.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır