Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

CO2-nin nəqli üçün iri tonajlı qaz daşıyıcısının layihəsi bəyənilib

“Mitsui O.S.K. lines, ltd.” (“MOL”) şirkəti “Nippon Kaiji Kyokai” (“ClassNK”) təsnifat cəmiyyətindən iri tonajlı mayeləşdirilmiş karbon dioksid tankeri layihəsi üçün prinsipcə təsdiq almışdır.

“Seanews.az”-ın məlumatına görə,layihə işlərinə Yaponiya Yeni Enerji və Sənaye Texnologiyalarının İnkişafı Təşkilatının gəminin konsepsiyasının hazırlanması üçün müraciətindən sonra 2021-ci ilin iyun ayında başlanmışdır.

İldə təxminən 1 milyon ton həcmində karbon qazının uzun məsafələrə daşınması üçün iri tonajlı CO2 qaz daşıyıcısından istifadə edilməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır