Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-23,
Seanews
Heyder Eliyev

Cənubi Koreya və ABŞ şirkətləri dünyada ilk nüvə enerjisi ilə işləyən LNG daşıyıcısı hazırlayacaq

Cənubi Koreyanın “Samsung Heavy Industries” (SHI) gəmiqayırma şirkəti və ABŞ-nin “Tesser Atomics” şirkəti dünyada ilk nüvə enerjisi ilə işləyən LNG daşıyıcısının birgə hazırlanması barədə razılığa gəlib.

“Seanews.az” xəbər verir ki, tərəflər noyabrın 19-da Norveçdə layihə üzrə əməkdaşlıq memorandumu imzalayıblar.

Razılaşmaya əsasən, gəminin layihələndirilməsi və inşasını SHI, reaktor texnologiyasının təmin edilməsini və müvafiq icazələrin alınması prosesinə rəhbərliyi isə “Tesser Atomics” həyata keçirəcək. Şirkətlər gəminin ABŞ ilə Avropa arasında transatlantik marşrutda kommersiya fəaliyyəti göstərməsini planlaşdırır.

Gəmidə dəniz istifadəsi üçün nəzərdə tutulan kompakt “Triton” reaktorunun quraşdırılması planlaşdırılır. Bu reaktor yüksək temperaturda işləyən, flüorid duzları ilə soyudulan reaktorlar sinfinə aiddir. Reaktor işlək vəziyyətdə yanacağın yenilənməsinə imkan verir.

Tərəflər layihəni konsepsiyanın təsdiqlənməsindən nümayiş mərhələsinə, daha sonra isə kommersiya məqsədli istehsalın genişləndirilməsinə çatdırmağı hədəfləyirlər.

Layihənin əsası Norveçin “NuProShip” tədqiqat proqramı çərçivəsində qoyulub, daha sonra Norveç Elm və Texnologiya Universitetinin rəhbərlik etdiyi “SFI SAINT” konsorsiumunda inkişaf etdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır