ADDA tələbələri bilik yarışında iştirak ediblər
Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışı keçirilib.
Yarışda ölkənin 51 ali təhsil müəssisəsini təmsil edən komandalar, o cümlədən Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, dövlətçilik irsi və Azərbaycan tarixinin daha dərindən öyrənilməsi məqsədilə təşkil olunan bilik yarışında ADDA-nın komandası da fəallıq göstərib. Akademiyanın tələbələri sertifikatlarla təltif olunublar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır






