Gülçöhrə Əliyeva: Gələcəyin dənizçilərinə yol göstərən müəllim - VİDEO
5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür.
Hər birimizin həyatında bir müəllim izi var: bizə ilk hərfi yazmağı, ilk sözü oxumağı, hətta inamlı olmağı öyrədən müəllimlər… Onlar bilik verməklə yanaşı, həm də dünyaya baxışımızı formalaşdırır, gələcəyimizi işıqlandırırlar.
ADDA-nın “İngilis dili” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Gülçöhrə Əliyeva da bu missiyanı peşəkarlıq və fədakarlıqla yerinə yetirənlərdəndir. O həm də ASCO üzrə 2024-cü ilin “Ən yaxşı müəllimi” seçilib.
Gülçöhrə xanımın timsalında bütün müəllimlərə dərin minnətdarlığımızı bildirir, hər birini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

