Sular qızı sona Şövkət - VİDEO
1979-cu ildə bəstələnmiş məşhur “Sular qızı” romansı Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya ithaf olunub.
Xalq artisti Flora Kərimovanın ifa etdiyi romansın musiqisi Xalq artisti Şəfiqə Axundovaya, sözləri isə Mustafa İsgəndərzadəyə aiddir.
Əsərdə dalğalarla mübarizə aparan, amma hər zaman zərifliyini qoruyan qadın obrazı vasitəsilə Azərbaycan xanımlarının həm gücü, həm də incəliyi tərənnüm olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

