Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-30,
Seanews
Heyder Eliyev

Konteyner daşımalarında reyslərin vaxtında yerinə yetirilməsi 50,6 faizə yüksəlib

Üç ay ardıcıl azalan konteyner xətlərinin qrafikə uyğunluq göstəricisi sentyabr ayında cüzi artım nümayiş etdirib. “Sea Intelligence” analitik şirkətinin hesabatına əsasən, qlobal göstərici əvvəlki ayla müqayisədə 0,9 faiz bəndi artaraq 50,6 faizə çatıb. Bununla belə, bu göstərici may ayında qeydə alınmış 64,5 faizlik səviyyədən xeyli aşağıdır.

“Seanews.az” xəbər verir ki, dünyanın 13 ən böyük konteyner daşıyıcısı arasında sentyabr ayında ən yüksək nəticəni 64,8 faizlə “Maersk” göstərib. “Hapag-Lloyd” 60,4 faizlə ikinci, “MSC” 57,7 faizlə üçüncü, “CMA CGM” isə 51,8 faizlə dördüncü olub. “Wan Hai” 26,7 faizlik göstərici ilə siyahıda sonuncu yerdə qərarlaşıb.

Dəniz daşıyıcılarının ittifaqları arasında ən yüksək qrafikə uyğunluq göstəricisi 68,9 faizlə “MSC”yə məxsus olub. “Gemini Cooperation” 68,4 faizlə ikinci, “Ocean Alliance” 44,8 faizlə üçüncü, “Premier Alliance” isə 41,5 faizlə sonuncu olub.

Ümumi göstəricidə aylıq artıma baxmayaraq, ən böyük 13 konteyner xəttindən heç biri ötən ilin sentyabrı ilə müqayisədə müsbət dinamika nümayiş etdirməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır