ASCO-nun əməkdaşları “Global Senior Management” proqramında iştirak ediblər
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan “IE Business School” ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilmiş “Global Senior Management” proqramında iştirak ediblər.
Proqramda ASCO-nu İdarə Heyəti sədrinin müşavirləri Elvin Qasımov, Pərviz Babazadə və Satınalmalar departamentinin rəhbəri Kamil Bektaşi təmsil ediblər.
AZCON Holding-in icraçı direktoru Şahin Babayev və IE Universitetinin korporativ əlaqələr üzrə icraçı sədri Villiam Davilanın qatıldığı proqramın yekun tədbirində iştirakçılara sertifikatlar təqdim olunub. Həmçinin proqram çərçivəsində ASCO-nun İdarə Heyəti sədrinin müşaviri Elvin Qasımovun təmsil olunduğu komandanın layihəsi “Ən çox transformativ təsirə malik layihə” (Most Disruptive Impact Project) adına layiq görülüb.
AZCON Holding və "IE Business School” arasında qurulan bu strateji tərəfdaşlıq AZCON Holding-in insan kapitalının inkişafı üzrə prioritetlərinin reallaşdırılmasına, beynəlxalq qabaqcıl təcrübənin tətbiqinə və rəhbər heyətin idarəetmə potensialının gücləndirilməsinə xidmət edir.




