Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-30,
Seanews
Heyder Eliyev

Vyetnamda tam elektriklə işləyən barj istifadəyə verilib

Fransanın gəmiçilik və logistika şirkəti “CMA CGM”, “Nike” və Vyetnamın “Gemadept” şirkəti ölkədə daxili yükdaşımaların karbon emissiyalarını azaltmaq məqsədilə tam elektriklə işləyən yeni barjı istifadəyə veriblər.

“Seanews.az” xəbər verir ki, 180 kilometrlik marşrut üzrə hərəkət edəcək barj Ho Şi Min şəhərindəki yük qəbul məntəqəsini “Gemalink” dərin dəniz limanı ilə birləşdirəcək. Layihə çərçivəsində limanda barj üçün xüsusi enerji doldurma infrastrukturu yaradılıb və günəş elektrik stansiyası qurulub. Gəminin batareyaları bərpaolunan elektrik enerjisi ilə təxminən 4 saata doldurulacaq.

İldə 50 min TEU-dan çox yük daşımaq gücünə malik barjın istifadəsi nəticəsində hər il təxminən 778 ton karbon qazının (CO₂) atmosferə buraxılmasının qarşısı alınacaq. Bu həll avtomobil nəqliyyatı ilə müqayisədə yüklərin daha az emissiya ilə daşınmasına imkan verəcək.

“CMA CGM” layihənin gələcəkdə digər ölkələrdə və müştərilərin təchizat zəncirlərində də tətbiq oluna biləcəyini bildirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır