Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-19,
Seanews
Heyder Eliyev

Arsenio Dominqes: “IMO-nun fəaliyyəti bir həftəlik hadisə ilə ölçülməməlidir”

Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominqe təşkilatın ötən həftə Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin (MEPC) iclasında istixana qazı emissiyalarına tətbiq olunacaq qlobal rüsumun qəbulunun təxirə salınmasına baxmayaraq, IMO-nun güclü, çevik və uzunmüddətli məqsədlərinə sadiq qaldığını bildirib.

Barselonada keçirilən “WISTA”-nın illik konfransında “Seatrade Maritime News”-a açıqlama verən Dominqes qeyd edib ki, IMO-nun uğurunu yalnız MEPC-dəki gözlənilməz hadisələrlə qiymətləndirmək doğru olmazdı. Onun sözlərinə görə, təşkilat artıq 70 ildən çoxdur ki, gəmi təhlükəsizliyi, dəniz təhlükəsizliyi və yaşıl gəmiçilik istiqamətlərində mühüm nəticələr əldə edib və bu gün də sənaye üçün aktual olan geniş fəaliyyət proqramını həyata keçirir.

“Keçən həftə keçirilən iclas adi bir IMO toplantısı deyildi. Buna görə də bizi həmin gecikmə əsasında qiymətləndirmək düzgün olmaz. Biz də digərləri kimi dəyişən geosiyasi şəraitlə üz-üzəyik və uyğunlaşmağa məcburuq. Bu prosesdən öyrənməli, uyğunlaşmalı və irəliləməliyik. Məhz bunu da edirik,” – deyə Dominqes bildirib.

O qeyd edib ki, artıq bu həftənin bazar ertəsindən dekarbonizasiya üzrə işlər davam etdirilir və MEPC iclasında səsləndirilən narahatlıqlar aktiv şəkildə araşdırılır.

“Ən vacib məqam odur ki, üzv dövlətlər bir masa arxasında əyləşib bir-biri ilə danışırlar. Müxtəlif mövqelər olsa da, dialoq davam edir və razılaşmalar dərhal tapılmasa da, bu, çoxtərəfli əməkdaşlığın əsas prinsipidir. IMO-nun uğuru da məhz bu dialoqa əsaslanır,” – deyə baş katib vurğulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır