25 illik dənizçi yolu: kapitan Xəlil Zeynalov
25 ildir taleyini dənizlə bağlayan Xəlil Zeynalov hazırda ASCO-nun “Culfa” tankerinin kapitanıdır. Peşəsinə bağlılığı, zəngin təcrübəsi və işinə məsuliyyətli yanaşması ilə seçilib bu illər ərzində.
Gəmiyə yüksək marağı onu bu sahəyə lap gənc yaşında gətirib. Kapitanlığa qədər aparan dənizçi yolu isə özünün dediyi kimi həm də cəsarət sayəsində qət edilib.
“Bizim dənizçilər” layihəsinin növbəti buraxılışında Xəlil Zeynalovu yaxından tanıyacaqsınız. O, dənizçi olmaq arzusunun necə gerçəkləşdiyindən, illər ərzində qazandığı təcrübədən və kapitan kimi daşıdığı məsuliyyətdən özü bəhs edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

