Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

“ZİM”-də ikinci qadın kapitan

Angelina Yeqorenkova “Zim”-in gəmisinə kapitanı təyin edilib.

Təntənəli təyinat mərasimi xəttin Hayfadakı baş qərargahında “Zim”-in prezidenti və baş icraçı direktoru Edie Qlikmanın iştirakı ilə baş tutub.

“Seanews.az”ın məlumatına görə,  Angelina Yeqorenkova İsrail dəniz ticarət donanmasında ən yüksək vəzifəyə çatan ikinci qadındır. Bundan əvvəl  yazda Şani Ben-Daviyə  belə etimad göstərilmişdi.

A. Yeqorenkova Dəniz Kollecini, sonra isə Akkoda Dəniz İnstitutunu bitirmiş, həmçinin Hayfa Universitetində bakalavr dərəcəsi almışdır. 2013-cü ildə kapitanın ikinci köməkçisi, 2017-ci ildə kapitanın böyük köməkçisi təyin edilmişdir. 2021-ci ildə kapitan diplomunu aldıqdan sonra David Arbelin rəhbərlik etdiyi komitə tərəfindən kapitan vəzifəsinə tövsiyə edilmişdi.

A. Yeqorenkova Aralıq dənizində - ABŞ-ın Şərq Sahilində “Zim Container Service Atlantic” xəttində  istismar edilən “Zim Qingdao” konteyner gəmisinə kapitan təyin edilmişdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır