Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-04,
Seanews
Heyder Eliyev

ADDA-da Zəfər Günü qeyd edilib  

Azərbaycan Dövlət Dəniz Akademiyasınıda (ADDA) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tələbələrin iştirak etdiyi mərasimdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Vətən müharibəsi iştirakçılarına, o cümlədən qazilərimizə dərin minnətdarlıq ifadə olunub.

Çıxış edənlər böyük Qələbənin əldə olunmasında milli birliyin, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətinin xüsusi rol oynadığını vurğulayıblar.  

Tədbirdə həmçinin xalqımızın qəhrəmanlığı, Vətən müharibəsinin unudulmayan hadisələri və Azərbaycanı tarixi Zəfərə aparan yoldan bəhs edən “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş olunub.  

Daha sonra tələbələr film barədə təəssüratlarını bölüşüb, vətənə sədaqət, milli həmrəylik və tarixi yaddaşın qorunmasının əhəmiyyəti ətrafında fikir mübadiləsi aparıblar. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır