Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-04,
Seanews
Heyder Eliyev

Bolqarıstan batmış “Contship Jet” gəmisinin konteynerlərinin sahilə çıxması ilə bağlı xəbərdarlıq edib

Qara dənizdə oktyabrın 29-da batmış “Contship Jet” konteyner gəmisindən düşən yüklərin Bolqarıstan sahillərinə çıxması müşahidə olunur. Bolqarıstan rəsmiləri dənizdə üzən konteynerlərin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq ediblər.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, Yunanıstana məxsus olan və “ZIM” şirkətinin sifarişi ilə üzən gəmi oktyabrın 29-da üç dəniz dronunun hücumuna məruz qaldıqdan təxminən 12 saat sonra sahildən 16 dəniz mili məsafədə batıb.

Gəmidə 421 konteyner olub. Onların arasında alışan mayelər və qazlar, alışmayan qazlar, litium-ion batareyalar, eləcə də Rumıniyaya aparılan Milad bayramı məhsulları olub. İlkin məlumatlara görə, 20-dən çox konteyner gəmi batmazdan əvvəl dənizə düşüb.

Noyabrın 1-dən etibarən konteynerlərin bir neçəsi Bolqarıstan sahillərində müşahidə edilib. Onlardan biri qayalıqlara çırpılaraq sahildə ilişib qalıb. Digər konteynerlər arasında böyük çən daşıyan konstruksiya da var. Rəsmilər çənin boş olduğunu ehtimal etsələr də, mümkün təhlükələrə görə xəbərdarlıqları gücləndiriblər.

Hava şəraiti və güclü dalğalanma konteynerlərin götürülməsinə, həmçinin gəminin batdığı ərazidə araşdırma aparılmasına mane olur. Gəminin göyərtəsində qalan yanacağın ətraf mühit üçün yarada biləcəyi risk də narahatlıq doğurur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır