Yunanıstan liman sənayesinin özəlləşdirilməsi üzrə genişmiqyaslı proqram həyata keçirir
Yunanıstan hökuməti Volos limanının səhmlərinin nəzarət paketini almaq üçün ərizələrin qəbul müddətini iki həftə - 2023-cü il fevralın 3-dək uzadıb.
Potensial investorların adı açıqlanmır.
2022-ci ilin oktyabrında Yunanıstan özəlləşdirmə agentliyi Volos limanını idarə edən şirkətin səhmlərinin ən azı 67%-ni satmaq prosesinə başladı.
Xatırladaq ki, Yunanıstanın liman iqtisadiyyatının genişmiqyaslı özəlləşdirilməsi çərçivəsində xarici investorlar Pirey və Saloniki limanlarını alıblar. İndi Pirey Çinin “COSCO” qrupu tərəfindən idarə olunur və Saloniki limanı Rostovlu iş adamı İvan Savvidiyə məxsus “Deutsche Invest Equity Partners GmbH”, “Terminal Link SAS” və “Belterra Investments LTD”-nin daxil olduğu investisiya konsorsiumu tərəfindən alınıb.
2022-ci ilin yayında Yunanıstan hakimiyyətinin Aleksandrupolis və İqoumenitsa limanlarını da investorlara satmaq niyyətində olduğu bildirilib. Lakin ötən ilin noyabrında məlum olub ki, Aleksandrupoli limanının özəlləşdirilməsi üzrə tender “geostrateji əhəmiyyətinin artması səbəbindən” ləğv ediləcək.
“Seanews.az”