“COSCO” yeni gəmilərin alınmasına 134 milyon dollar sərmayə qoymağı planlaşdırır
“COSCO Shipping” ixtisaslaşdırılmış daşıyıcı şirkəti ümumi dəyəri 908 milyon yuan (133,9 milyon dollar) olan yeddi yük gəmisi almaq niyyətini açıqlayıb.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, bu gəmilərdən ikisi 32 min tonluq taxta daşıyan, qalan beşi isə 35 min tonluq ümumi yük gəmiləridir.
Şirkət son illər çoxməqsədli xüsusi daşıyıcılar sifariş etmək və icarə götürməklə köhnə gəmilərdən xilas olub.
Xüsusi yükdaşımalar bazarının qısa müddətdə kiçilməsi ehtimalı olsa da, şirkət onun hələ parlaq gələcəyinin olduğuna inanır. “COSCO Shipping”-in mütəxəssilərinin fikrincə, bu yeddi gəmiyə investisiya şirkətə bazar resurslarını daha da inteqrasiya etməyə və donanmanın rentabelliyini artırmağa kömək edəcək.
Yeni gəmilər Qərbi Afrika və Cənubi Amerika xətlərinə cəlb olunacaq.