“ZIM” gəmiçilik şirkətinin ümumi gəliri 63% azalıb
2023-cü ilin birinci rübündə daşımaların həcmi 769 min TEU təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.
“ZIM” gəmiçilik şirkətinin 2023-cü ilin birinci rübünün əsas əməliyyat və maliyyə məlumatlarında belə deyilir. Bildirilir ki, orta nisbət TEU üçün 1390 dollar olub. Bu göstərici bir il əvvəlkindən 63,9% aşağıdır.
2022-ci ilin birinci rübündəki 1,7 milyard dollar xalis mənfəətlə müqayisədə xalis zərər 58 milyon dollar təşkil edib.
Ümumi gəlir 1,4 milyard dollar olub ki, bu da 63% az deməkdir. Düzəliş edilmiş EBITDA 85,3% azalaraq 373 milyon dollara düşüb.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır