Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-03,
Seanews
Heyder Eliyev

Kipr sahillərində “AS Dream” yük gəmisi batıb, 10 nəfərlik heyət xilas edilib

Tanzaniya bayrağı altında üzən “AS Dream” yük gəmisi oktyabrın 30-da Kiprin Pafos şəhərindən təxminən 90 dəniz mili qərbdə batıb. Gəminin 10 nəfərlik heyətinin hamısı xilas edilib.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

“Cyprus Mail”in xəbərinə görə, Kiprin Birgə Xilasetmə və Koordinasiya Mərkəzi  (JRCC) hadisə barədə saat 20:15-də məlumat alaraq xilasetmə əməliyyatına başlayıb. Əməliyyata helikopter, polis gəmisi və yaxınlıqda olan Panama bayraqlı “MSC Hannah III” ticarət gəmisi cəlb edilib.

Heyətin 9-u Hindistan, biri isə Kamerun vətəndaşı olub. Dənizçilər əvvəlcə “Pentadaktylos” polis gəmisinə, daha sonra isə Limasol limanına çatdırılıblar. Tibbi müayinədən keçirilən heyət üzvlərinin səhhətində problem aşkarlanmayıb.

Gəminin batma səbəbi hələlik açıqlanmayıb. Beynəlxalq Əmək Təşkilatının (ILO) məlumat bazasına əsasən, “AS Dream” 2025-ci ilin sentyabrında İsrailin Aşdod limanında qeydə alınmış dənizçilərin tərk edilmə işi ilə də əlaqələndirilir. Həmin vaxt gəmidə Azərbaycan, Gürcüstan, Hindistan və Türkiyə vətəndaşları olan 8 dənizçi olub. Oktyabrın 28-nə olan məlumata görə, bu iş hələ də həllini tapmayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır