Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

10 gəminin inşası 86 milyon dollara başa gələcək

İran İslam Respublikasının Dövlət Dəniz Gəmiçiliyi (IRISL) yerli tərsanələrlə 10 gəminin inşası üçün 86 milyon dollarlıq müqavilə imzalayıb.

Bu barədə “Fars” xəbər agentliyi məlumat verir.

Dövlət Dəniz Gəmiçiliyinin rəhbəri Məhəmmədreza Modares-Xiyabaninin sözlərinə görə, “Sadra Neka Shipbuilding Industries”-ə dörd gəmi sifariş verilib. Qalan altı gəmi isə “Arvandan Shipbuilding Industries”-də tikiləcək.

“Tehran Times” xəbər verir ki, hazırda İranın başqa bir gəmiqayırma zavodu ilə dəyəri təxminən 75 milyon dollar olan daha dörd gəminin tikintisinə dair müqavilənin imzalanması üçün danışıqlar aparılır.

Qeyd edək ki, IRISL-in törəmə şirkəti daha əvvəl Rusiya şirkəti ilə gəmiqayırma müqaviləsi bağlamışdı. Həştərxan Limanındakı “Lotos” tərsanəsinə “RSD49” layihəli quru yük gəmisinin inşasının başa çatdırılmasını həvalə edib. Dəyəri 1 milyard rubldan çox olan müqavilədə nəzərdə tutulan işlər 2024-cü ilin martında başa çatdırılmalıdır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır