Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-27,
Seanews
Heyder Eliyev

“SAFEEN Group” Yaxın Şərqin ilk elektrik yedək gəmisini sınaqdan keçirir

“SAFEEN Group” (“AD Ports Group”, BƏƏ) “Marine Services” bölməsinə məxsus liman donanmasının elektrik yedək gəmisinin dəniz sınaqlarını həyata keçirir.

“AD Ports” verdiyi açıqlamada onun Yaxın Şərqdə bu tip ilk yedək gəmisi olduğunu söyləyib. Gəmi “AD Ports” üçün əhəmiyyətli Xəlifə limanının sularında istismar ediləcək.

“Damen Project RSD-E Tug 2513” tam elektriklə işləyən, sıfır emissiyalı liman yedək gəmisidir. Dartma gücü 70 ton olan yedək gəmisi böyük tutumlu yük gəmilərinə xidmət göstərməyə imkan verəcək. O, həm də dizel mühərrikləri ilə təchiz olunmuş yedəklərə nisbətən aşağı texniki xidmət xərclərinə görə iqtisadi cəhətdən səmərəlidir.

İlkin olaraq yedək gəmisi “IMO Tier-3” standartlarına cavab verən generatorlarla təchiz ediləcək. Güc mühərrikləri generatorların istifadəsinə baxmayaraq, adi azimut yedəkləri ilə müqayisədə daha qənaətcil olaraq qalır.

“SAFEEN Group” limanlarda və dəniz hasilat platformalarında dəniz daşımaları və yüklərin aşırılması üçün kompleks xidmətlər təqdim edir. Onun müasir gəmilərdən ibarət donanması var.

2006-cı ildə yaradılan “AD Ports Group” (BƏƏ) logistika sahəsində ixtisaslaşıb. Liman infrastrukturu, gəmiçilik və bunker biznesinə malik olan, azad iqtisadi zonaları idarə edən “AD Ports Group”-un Birləşmiş Ərəb Əmirliklərində 10 terminalı fəaliyyət göstərir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır