Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-06,
Seanews
Heyder Eliyev

ASCO nümayəndəsi Bakı İqlim Fəaliyyəti Həftəsində iştirak edib

ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündə “Sıfır emissiyalı gəmiçilik, logistika və nəqliyyat" mövzusunda keçirilmiş dəyirmi masada iştirak edib.

Ələkbər Əzizli dəyirmi masada emissiyaların azaldılması məqsədilə ASCO tərəfindən görülən işlər barədə geniş məlumat verib. O həmçinin Beynəlxalq Dəniz Təşkilatının (IMO) gəmiçilik sahəsində iqlim dəyişmələri ilə mübarizə məqsədilə 2050-ci ilədək 0 emissiya hədəfinə çatmaq üçün ASCO-nun Strategiyası və Tədbirlər Planı barədə danışıb.

Dəyirmi masa çərçivəsində, həmçinin "Sıfır emissiyalı yükdaşımalar üzrə Bəyannamə" imzalanıb.

Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək Bakı İqlim Fəaliyyəti Həftəsi adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirir.

BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsindən sonra keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi COP Sədrliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində həyata keçirilən işlərin daha geniş vüsət almasını təmin edəcək və COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə dəstək olacaq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır